"Frontex"in nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir

Avropa İttifaqının sərhəd məsələləri üzrə agentliyi olan "Frontex"in icraçı direktoru İlka Laytinenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin dəvəti ilə avqustun 9-da Bakıya gəlmişdir. 
DSX-nin mətbuat xidmətindən bildirmişlər ki, "Frontex"in nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyevlə görüşmüşdür.
Görüşdə qonaqlara Azərbaycanda sərhəd təhlükəsizliyi sistemi, DSX-nin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilmiş, qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, o cümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsi, sərhəd məsələləri üzrə beynəlxalq konfrans çərçivəsində fəaliyyətin genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizə və "Sərhədçi" İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında