Nyu-Yorkdakı məşhur "Empire State Building" göydələni Azərbaycan bayrağının rənglərinə boyanmışdır

Nyu-Yorkun Manhetten rayonunda yerləşən, dünyada ən məşhur göydələnlərdən biri olan "Empire State Building" avqustun 8-də Azərbaycan bayrağının rənglərinə boyanmışdı. 
Bu binanın London Olimpiadasının iştirakçıları olan ölkələrin bayraqları rəngində işıqlandırılması aksiyası dörd ildə bir dəfə keçirilən Olimpiya oyunlarına həsr edilir. London Olimpiadası müddətində axşamlar bu göydələnin fasadının dörd tərəfindən hər biri Olimpiya oyunlarının iştirakçısı olan ölkələrdən birinin bayrağı rəngində işıqlandırılır.
Beləliklə, avqustun 8-də həmin binanın cənub tərəfi Azərbaycanın Olimpiya oyunlarında iştirak etməsinin rəmzi kimi göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılmışdır. Avqustun 11-də isə həmin göydələnin şimal tərəfi Türkiyə bayrağının qırmızı rənginə boyanacaqdır.
1929-cu ildə Manhettenin mərkəzində, 5-ci avenyu və 34-cü küçənin kəsişməsində inşa edilmiş 102 mərtəbəli "Empire State Building" göydələni təkcə Nyu-Yorkun deyil, bütün Amerikanın rəmzinə çevrilmişdir.
Göydələnin sonuncu mərtəbəsində yerləşən rəsədxanaya baxmaq üçün milyonlarla turist gəlir. Bu binanın müxtəlif rəngli lampalarla işıqlandırılması Nyu-Yorkun mədəni həyatında həqiqətən əlamətdar hadisə olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında