Azərbaycan İsveçrə kantonları ilə də əməkdaşlıqda maraqlıdır

Avqustun 9-da Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı Bern kantonu hökumətinin sədri Andreas Rikenbaher ilə görüşmüşdür. 
Səfirlikdən bildirmişlər ki, Azərbaycan ilə İsveçrə arasında siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edən münasibətlər haqqında danışan səfir ölkəmizin İsveçrə kantonları ilə də əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafından danışan diplomat ölkəmizdə xarici sərmayələrin qoyuluşu üçün münbit şəraitin mövcudluğuna diqqəti yönəltmiş və qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və alternativ enerji sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulamışdır.
Azərbaycan ilə Bern kantonu arasında işgüzar əlaqələrin qurulması məqsədi ilə biznes dairələrinin nümayəndələrinin qarşılıqlı səfərlərinin və birgə biznes forumların təşkil olunmasının məqsədəmüvafiqliyini vurğulayan Ə.Zeynall A.Rikenbaheri iş adamlarından ibarət nümayəndə heyəti ilə birgə ölkəmizə səfərə dəvət etmişdir.
Sədr dəvəti məmnuniyyətlə qəbul etmiş və səfərin qısa zamanda reallaşacağını bildirmişdir.
Görüşdə, həmçinin Azərbaycan şəhərləri ilə Bern kantonuna daxil olan şəhərlər arasında birbaşa əlaqələrin qurulması və onların qardaşlaşmış elan edilməsi haqqında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında