Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri ölkəni tərk etmişlər

Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri bu ölkədə yaranan təhlükə ilə bağlı Suriyanı tərk etmişlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.
Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfi səfirliyin işçilərinin ölkəni tərk etməsi üçün hər cür şərait yaratmışdır. XİN-in məlumatında deyilir:
"Hazırda Suriyada Azərbaycan vətəndaşı yoxdur. Bakı ümid edir ki, Suriyada vəziyyət tezliklə normallaşacaq və Azərbaycanın diplomatik missiyası öz fəaliyyətini bərpa edəcək". BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfəri keçib. 230 minə yaxın insan qaçqına çevrilib, üç milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında