Bu ilin ötən aylarında sahibkarlıq subyektlərinə 120 milyon manatadək güzəştli kredit verilmişdir

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Qax rayonunun İlusu kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Qax və ətraf rayonlarda fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.
Tədbirdə Qax rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta həcmli cır meşə meyvələrinin emalı müəssisələrinin, müasir quşçuluq təsərrüfatının və çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmişdir.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son illər regionların sürətlə inkişaf etdiyini, ölkənin digər rayonlarında olduğu kimi, bu rayonda da yeni istehsal və xidmət müəssisələrinin, müasir sosial infrastruktur obyektlərinin yaradıldığını, yeni iş yerlərinin açıldığını diqqətə çatdırmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.
Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1429 investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilib ki, Şəki-Zaqatala iqtisadi rayonunda indiyədək 1215 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslan 12 layihənin maliyyələşdirilməsinə 28,6 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, Şəki-Zaqatala iqtisadi rayonunun potensialı nəzərə alınaraq, istehsal sahələrinin genişləndirilməsinin və yeni emal müəssisələrinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsinə diqqətin daha da artırılacağı vurğulanıb, bu sahədə sahibkarların fəallığının artırılması tövsiyə olunub.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda istehsal və emal sahələrində fəaliyyət göstərən 48 sahibkarlıq subyektinə 853 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 90-dək yeni iş yerinin yaradılmasına imkan verir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında