Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilən subsidiyalar artırılmışdır

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə respublika komissiyasının iclası keçirilmişdir. 
Kənd təsərrüfatı naziri İsmət Abasovun sədrliyi ilə keçən iclasda 60 rayon (şəhər) komissiyasının yanacaq və motor yağları ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi üçün təqdim etdiyi materiallar, habelə 2011-ci il və 2012-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılmış mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi barədə məsələlər müzakirə olunmuş və qərar qəbul edilmişdir.
Nazir İsmət Abasov bildirmişdir ki, ümumilikdə 1 milyon 418 min 528 hektar əkin sahəsi üçün 40 manatdan hesablanmış vəsaitlər 56 milyon 441 min 139 manat təşkil etmişdir. Bu vəsait ötən il verilən vəsaitdən 3 milyon 964 min 845 manat çoxdur. Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi bu vəsaitlərin "Kapital Bank"a ayrılması ilə bağlı Maliyyə Nazirliyinə müraciət edəcəkdir. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalçıları plastik kartları vasitəsilə bu vəsaitləri hesablarından çıxarda biləcəklər. Artıq fermerlər subsidiyaları avqustun sonu, sentyabrın əvvəlindən etibarən ala biləcəklər. Ümumilikdə 398 min 715 istehsalçı dövlətin ayıracağı yardımdan bəhrələnəcəkdir.
Nazir diqqətə çatdırmışdır ki, ümumi satılan gübrələrin miqdarı 11 min 878,425 ton təşkil etmişdir. Bunun üçün ayrılacaq vəsait isə 2 milyon 284 min 252 manat təşkil etmişdir.
İsmət Abasov vurğulamışdır ki, Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində görülən tədbirlər öz müsbət bəhrəsini verir. Ötən ilin birinci yarısı ilə müqayisədə bu il bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalı 10,4 faiz artmışdır.
Nazir bildirmişdir ki, iqlim dəyişikliyi və digər amillər dünyanın bir sıra ölkələrində məhsul istehsalını xeyli aşağı saldığı halda, Azərbaycanda isə əksinə, görülən tədbirlərin nəticəsində məhsul istehsalı artmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında