Teleradio Akademiyası yaradılıb

İyunun 14-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının təntənəli açılış mərasimi keçirilib. Çox qısa müddətdə Teleradio Akademiyasının müasir standartlara cavab verən maddi-texniki bazası formalaşdırılıb. Azərbaycan Radiosunun binasında yerləşən Akademiyada çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb. Qeyd edək ki, Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dan tanınmış telemütəxəssislərin dərs demək üçün Akademiyaya dəvət olunması, gələcək müdavimlərin təcrübə mübadiləsini həmin ölkələrdə keçməsi nəzərdə tutulub. Tədrisin 2010-cu ilin sentyabr ayından başlanması planlaşdırılır.
Azərbaycan Teleradio Verilişləri QSC-nin Mətbuat xidmətindən aldığımız məlumata görə, Etibar Babayev Teleradio Akademiyasının rektoru təyin edilib.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında