"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyi Suriyadakı ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı bəyanat yaymışdır

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyi Suriyadakı ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, son vaxtlar Suriyadakı vəziyyətlə əlaqədar rejimi dəstəkləyən ermənilər baş verəcək hadisələrin qorxusundan ölkədən qaçır. Ermənistanda isə onların Azərbaycanın işğal altında olan ərazilərində, Dağlıq Qarabağda yerləşdirilməsi üçün "Yenidən məskunlaşma üzrə İctimai Şura" yaratmaq təşəbbüsü və suriyalı ermənilərin orada düşərgələrdə məskunlaşdırılması təklifləri irəli sürülmüşdür.
Bundan əlavə, bəyanatda qeyd edilir ki, bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuş bu təşəbbüslər İctimai Birliyin idarə heyətinin iclasında geniş müzakirə olunmuş və qətiyyətlə pislənmişdir. Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlılar, bu süni "məskunlaşdırma" siyasətini Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn normalarının və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycan torpaqlarında erməni tərkibinin süni şəkildə artırılması təşəbbüslərini məqsədyönlü addım kimi qiymətləndirir.
Bəyanatda vurğulanır ki, Ermənistan özünün belə qanunsuz hərəkətləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını, beynəlxalq birliyin regionda sabitlik və əməkdaşlıq yaratmaq təşəbbüslərini və icmalar arasında dialoq imkanlarını da heçə endirir. Ermənistanın mövcud status-kvo vəziyyətini və işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə müxtəlif vaxtlarda bəzi ölkələrdən, eləcə də son zamanlar Suriyadan ermənilərin Dağlıq Qarabağa köçürülməsi təşəbbüsləri nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vurur.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanatda Ermənistanın qeyri-konstruktiv hərəkətlərinin beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacağını və bu ölkənin süni "məskunlaşdırma" və işğalçılıq siyasətinə son qoyulması üçün ən təsirli tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında