Son iki həftə ərzində Türkiyədə 115 PKK terrorçusu öldürülmüşdür

İdris Naim Şahin: "Mühasirəyə alınmış terrorçuların İraqa qaçmasının qarşısını almaq üçün tədbirlər görülür"
Türkiyədə son iki həftə ərzində keçirilən əməliyyatlar zamanı 115 PKK terrorçusu öldürülmüşdür. APA-nın məlumatına görə, bu rəqəmi Türkiyənin daxili işlər naziri İdris Naim Şahin açıqlamışdır. O, Hakkari bölgəsində mühasirəyə alınmış terrorçu qrupların Şimali İraqa qaçmasının qarşısını almaq üçün müvafiq tədbirlər görüldüyünü demişdir. Bu gecə PKK terrorçularının qəfil hücumu nəticəsində 8 hərbçinin şəhid olmasına münasibət bildirən daxili işlər naziri hücuma dərhal cavab verildiyini, 14 terrorçunun atışma zamanı öldürüldüyünü, çoxlu sayda silah ələ keçirdiyini bildirmişdir.
Qeyd edək ki, bu gecə PKK terrorçularının həyata keçirdiyi intihar hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi və iki köy qoruyucusu şəhid olmuş, 21 əsgər yaralanmışdır. Yaralıların vəziyyətinin ağır olmadığı bildirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında