"Mahmud və Məryəm" filminin Azərbaycanda çəkilişləri başa çatıb

Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılan eyniadlı filmin Azərbaycandakı çəkilişləri 11 gün ərzində Şəki, Qax, Qəbələ və Bakıda aparılmaqla, başa çatdırılmışdır. Bundan sonra filmin əsas hissələri Türkiyədə lentə alınacaq. 
Azərbaycanın "Salnamə" studiyası və Türkiyənin "24 Kare Film" şirkəti tərəfindən birgə istehsal olununan "Mahmud və Məryəm" tammetrajlı filminin prodüseri Sevda Kayğısız, quruluşçu rejissoru Mehmet Ada Öztekindir. Çəkilişlərdən əvvəl aktyorlar 3 ay ərzində döyüş səhnələri üçün təlim keçmişlər. Ekran əsərində Mahmud rolunu Aras Bulut, Məryəm rolunu qazaxıstanlı Eva Dedova canlandırırlar. Eyni zamanda, filmdə bir çox tanınmış aktyorlar da rol almışlar. Xristian qızını sevən Mahmudun atası Ziyad xan obrazını xalq artisti Fəxrəddin Manafov, anası Qəmərbanunu Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ifa edirlər.
"Mahmud və Məryəm"in çəkilişləri Türkiyədə dekorasiyalar qurulan 8 min kvadratmetrlik böyük bir yaylaqda aparılacaqdır. Filmdə bir çox vizual effektlərdən istifadə olunduğu üçün montaj prosesi 3 ay davam edəcək. Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərə dublyaj olunması nəzərdə tutulan 120 dəqiqəlik "Mahmud və Məryəm" filmi gələn ildən etibarən Azərbaycan, Türkiyə, Rusiya və 9 Avropa ölkəsinin kinoteatrlarında, daha sonra isə televiziyada nümayiş olunacaq.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında