Paytaxtda daha üç tunel tikilir

"Azəryolservis" ASC Bakı şəhərinin Alı Mustafayev, Hüseynbala Əliyev, Abdulvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi barədə məlumat yayıb.
"Azəryolservis"dən "APA-ECONOMICS"ə verilən məlumata görə, yol qovşağı kompleksinə 3 tunel, 1 yol ötürücüsü daxildir. İki gediş, iki gəlişdən ibarət olacaq birinci tunelin uzunluğu 890 metr, eni isə 22 metr olacaq.
Tunel vasitəsi ilə nəqliyyat vasitələri "Xutor dairəsi"nə daxil olmadan III mkr. bazarı adlanan ərazidən Z.Bünyadov prospektinə hərəkət edə biləcək. Sözü gedən tuneldə tirlərin montajı, pərdələrin betonlanması və torpaq-qazma işləri aparılır.
İki gedişdən ibarət olacaq ikinci tunelin ümumi uzunluğu 450 metr, eni isə 10,5 metr nəzərdə tutulub. Tunel vasitəsi ilə nəqliyyat vasitələrinin "Xutor dairəsi"nə daxil olmadan A.Salamzadə küçəsindən Z.Bünyadov prospektinə hərəkəti mümkün olacaq. Hazırda bu tunel üzrə svay-qazma işləri və tikinti altına düşən maneələrin köçürülməsi işləri davam etdirilir.
İki gedişdən ibarət olacaq üçüncü tunelin uzunluğu 832 metr, eni isə 10,5 metr olması planlaşdırılır. Bu tunel vasitəsi ilə nəqliyyat vasitələri Z.Bünyadov prospektindən "Xutor dairəsi"nə daxil olmadan A.Salamzadə küçəsinə heç bir maneəsiz hərəkət edə biləcək.
Yol qovşağı kompleksinə daxil olan 10 aşırımlı yol ötürücüsünün uzunluğu 634 metr, eni isə 12 metr təşkil edəcək.
Artıq 4 aşırım, 8 orta dayaq və 2 kənar dayaq betonlanıb və istinad divarlarının tikintisi başa çatdırılıb. Keçən il tikintisinə başlanılan işlərin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında