Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başa çatmışdır

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatmışdır. 
AzərTAc xəbər verir ki, 13 gün davam edən konsertdə Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.
Musiqi bayramı yerli və xarici tamaşaçılara unudulmaz anlar bəxş etmişdir.
Festival London Royal Filarmonik Orkestrinin solistlərinin çıxışı ilə başa çatmışdır. Orkestrin solistləri yüksək səviyyəli çıxışları ilə tamaşaçılara növbəti dəfə möhtəşəm klassik musiqi gecəsi bəxş etmişlər.
İki dəfə "Qremmi" və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi orkestri pianoda Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, "Şöhrət" ordenli Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə, violonçeldə Dmitri Yablonski, saksofonda Teymur Süleymanbəyli, klarnetdə xalq artisti Şükür Səmədov müşayiət etmişlər.
Konsert ABŞ bəstəkarı Leonard Bernstaynın "Kandid" operasından uvertüra ilə başlamışdır. Orkestrin solistləri konsertin ikinci hissəsini bütövlükdə ABŞ bəstəkarı Corc Gerşvinin yaradıcılığından nümunələrə həsr etmişdir.
Festival iştirakçıları bu dəfə də dünya şöhrətli orkestrin solistlərinin çıxışını heyranlıqla izləmiş və təqdim edilən hər musiqi əsərini alqışlarla qarşılamışlar.
Sonra "Qafqaz Resorte" otelində festivalın başa çatması münasibətilə təşkil edilən ziyafətdə gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi, əməkdar artist İsfar Sarabskinin ifası dinlənilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında