Qətl hadisəsini törədənlər bir gün sonra tutulmuşlar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən bildirmişlər ki, iyunun 15-də saat 4 radələrində naməlum iki şəxs Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsinin Kommuna küçəsindəki 1 nömrəli evdə yaşayan 1971-ci il təvəllüdlü Şeydabəyov İlqar Əzizağa oğlunu evində yatdığı vəziyyətdə bıçaqla bir neçə dəfə vurub qəsdən öldürmüş, səs-küyə oyanan arvadı Bikəxanım Şeydabəyovaya bıçaqla bir neçə xəsarət yetirərək onu da öldürməyə cəhd etmişlər.
Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, foto və videoçəkilişlər aparılmış, İ.Şeydabəyovun meyiti və zərərçəkmiş B.Şeydabəyova məhkəmə-tibbi müayinədən keçirilmişdir.
Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.9-cu və 29,120.1-ci maddələri ilə cinayət işi başlanılmışdır.
Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakinləri - 1990-cı il təvəllüdlü Cəlilov Hatəm Əmirəli oğlu və 1987-ci il təvəllüdlü Əliyev Xalid Umudəli oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq dindirilmiş, ifadələri hadisə yerində yoxlanılmaqla foto və videoçəkilişlər aparılmış, cinayətin aləti olan 2 bıçaq maddi sübut kimi götürülmüşdür.
İstintaqın ilkin mərhələsində müəyyən edilmişdir ki, H.Cəlilov və X.Əliyev 2009-cu ilin noyabr-dekabr aylarında mərhum İ.Şeydabəyova məxsus evdə təmir-tikinti işləri aparmış və onlara ödənilməli olan 600 manat məbləğində pulu İ.Şeydabəyovdan dəfələrlə tələb etsələr də, sonuncu onların tələblərinə əhəmiyyət verməmişdir. Həmin səbəbə görə də H.Cəlilov və X.Əliyev İ.Şeydabəyovu öldürmək qərarına gəlmişlər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında