Azərbaycan və Rusiya Xəzər dənizində əməliyyat-taktiki təlimləri keçirmişdir

Xəzər dənizində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhəd Xidmətinin Xəzər dənizi hövzəsində terror və qaçaqmalçılıq fəaliyyətinin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin, qeyri-leqal miqrasiya və digər qanunazidd hərəkətlərin aşkarlanması və qarşısının alınması, bioloji sərvətlərin qorunması, qəzaya uğramış gəmiyə yardım və insanların xilas edilməsi ilə bağlı birgə əməliyyat-taktiki təlimləri keçirilmişdir.
DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, təlimlərin əsas məqsədi dəniz sərhədlərinin mühafizəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişləndirilməsi, dənizdə mümkün təhdidlərin zərərsizləşdirilməsi zamanı qarşılıqlı əlaqənin təşkili, dənizdə birgə sərhəd əməliyyatlarının keçirilməsi vərdişlərinin işlənilməsi, xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir. Təlimlərə sərhəd gözətçi gəmiləri, iti sürətli katerlər, çevik qruplar, texniki müşahidə məntəqələri və sərhəd aviasiyası cəlb edilmişdir.
Üç mərhələdə keçirilmiş təlimlərdə şərti sərhəd pozucusu olan gəminin axtarışı, dayandırılması və gəmi heyətinin zərərsizləşdirilməsi, qəzaya uğramış gəmiyə kömək göstərilməsi və dənizə düşmüş insanların xilas edilməsi, gəmi artilleriyasının tətbiqi və s. icra olunmuşdur.
Təlimlərə cəlb olunmuş qüvvələr yüksək döyüş hazırlığı nümayiş etdirmiş və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında