Azərbaycan Ağsaqqallar Şurasında Milli Qurtuluş Günü münasibətilə tədbir

15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) tədbir keçirmişdir.
Şuranın sədri akademik Budaq Budaqov tədbiri açaraq, Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən danışmışdır.
Sonra qurumun icra aparatının rəhbəri Famil Gözəlov məruzə ilə çıxış etmişdir. O demişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkənin qarşısında çox ciddi və mühüm vəzifələr dayanmışdı. Bir tərəfdən müstəqil dövlət qurulmalı, digər tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısı , digər tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısı alınmalı, sosial-iqtisadi sahələrdə mühüm vəzifələr islahatlar yolu ilə həll edilməli idi. Lakin çox təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan dairələr bu vəzifələrin öhdəsindən gələ bilmədilər. Əvəzində vəziyyət daha da pisləşmiş, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə ağır vəziyyətdən çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə görən Azərbaycan xalqı məhz ümummilli liderin gərgin səyi nəticəsində təhlükələrdən qurtulmuşdur. Həmin ərəfədə Heydər Əliyev Bakıya qayıtmasaydı, Azərbaycanın başına daha böyük bəlalar gələ bilərdi. Heydər Əliyevin bu qayıdışı tarixi bir hadisə olmuş, dövlətçiliyimiz və müstəqilliyimiz bütün bəlalardan qurtulmuşdur.
Sonra AAŞ sədrinin müavinləri Əli Həsənov, Bayram Yusifov, Rəyasət Heyətinin üzvü Rəhim Hüseynov və başqaları çıxış etmişlər. Çıxışlarda vurğulanmışdır ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Azərbaycan parçalanar, erməni işğalı daha geniş ərazini əhatə edərdi. Ümummilli liderin Bakıya qayıdışı və xalqın onun ətrafında sıx birləşməsi Azərbaycanı həmin təhlükəli məqamlardan uzaqlaşdırdı. Odur ki, indiki və gələcək nəsil bu dövləti bizə bəxş etdiyinə görə Heydər Əliyevə borcludur. Bu baxımdan da Milli Məclisin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil etməsi çox düzgün qərar idi. Hər il bu bayramın təntənəli surətdə qeyd olunması, Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi qanunauyğun haldır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında