Liza de la Sal: Festival gənc olmasına baxmayaraq səviyyəsinə görə dünyanın heç bir musiqi tədbirindən geri qalmır

Qəbələyə gəlməmişdən əvvəl burada keçirilən beynəlxalq musiqi festivalı haqqında çox az məlumatım var idi. Tədbirin proqramından da xəbərsiz idim. Mən bu festivalın belə gözəl bir yerdə və möhtəşəm şəkildə keçiriləcəyinə inanmırdım. Festival gənc olsa da səviyyəsinə görə dünyanın heç bir musiqi tədbirindən geri qalmır.
AzərTAc xəbər verir ki, bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, fransalı pianoçu Liza de la Sal jurnalistlərə müsahibəsində demişdir. O, Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimlərinin iştirakı ilə bir sırada konsert verməyin çox məsuliyyətli olduğunu bildirmişdir.
Liza de la Sal demişdir: "Burada olmaq bir gənc musiqiçi kimi, mənim üçün də əsl yenilikdir. Həm belə bir gözəl diyarı gəzmək, tanımaq, eyni zamanda, görkəmli sənət adamları ilə birgə tamaşaçı qarşısına çıxmaq maraqlı oldu. Zənnimcə, bu festivaldan musiqi duyumu olan hər kəs zövq ala bilər".
O, Qəbələnin çox xoşuna gəldiyini və boş vaxtlarında mənzərəli yerlərlə tanış olduğunu bildirmişdir. Pianoçu gələcəkdə konsertlə bağlı dəvət almasa da, bu gözəl məkana turist kimi yenə də gələcəyini qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında