Aleksandr AKİMOV: Tamaşaçılar musiqinin müxtəlif janrlarının təbliğ olunduğu Qəbələ festivalından uzun illər zövq alacaqlar

Hər dəfə Qəbələdə səhnəyə çıxdığımız zaman tamaşaçı alqışları ilə əhatə olunuruq. Bu, musiqiçi üçün vacib bir hissdir. Qəbələdə görkəmli sənət adamları ilə birgə konsertlər veririk. Mən çəkinmədən deyə bilərəm ki, burada özümü çox xoşbəxt hiss edirəm. 
AzərTAc xəbər verir ki, bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Rusiya Musiqi Akademiyasının müəllimi, "Moskva virtuozları" kamera orkestrinin konsertmeysteri viola ifaçısı Aleksandr Akimov jurnalistlərə müsahibəsində demişdir. O, belə möhtəşəm festivalın yüksək səviyyədə təşkili üçün çox vaxt sərf olunduğunu və xeyli zəhmət çəkildiyini bildirmişdir.
A.Akimov demişdir: "Bu gözəl məkanın insanları çox səmimi, qonaqpərvərdirlər. Sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Festival çox yüksək səviyyədə təşkil olunmuşdur. Qəbələyə ilk gəlişimdir və bu günləri heç vaxt unutmayacağam. Onu deməliyəm ki, gözəl təbiəti olan Qəbələdə klassik musiqi insana böyük zövq verir. Qəbələ festivalına uzun illər və daha böyük uğurlar arzu edirəm. İnanıram ki, uzun illər musiqisevərlər bu festivaldan zövq alacaqlar. Burada musiqinin müxtəlif janrları təbliğ olunur. Konsertimiz gözəl keçdi. Auditoriyanın musiqi duyumu da əla idi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında