Fyodor AMOSOV: Həyatımda heç vaxt belə böyük və möhtəşəm layihədə iştirak etməmişəm

Həyatımda heç vaxt belə böyük və möhtəşəm layihədə iştirak etməmişəm. Ona görə də ilk növbədə bu festivalı təşkil edən Heydər Əliyev Fondunun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
AzərTAc xəbər verir ki, bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, P.Çaykovski adına V Beynəlxalq Müsabiqənin qalibi, ABŞ-ın Klivlend Musiqi İnstitutunun tələbəsi, rusiyalı violonçel ifaçısı Fyodor Amosov jurnalistlərə müsahibəsində demişdir. O, bu festivalda görkəmli sənətkarlarla eyni səhnəni bölüşməyin gənc musiqiçilər üçün çox böyük şərəf olduğunu bildirmişdir.
F.Amosov demişdir: "Dünyanın müxtəlif ölkələrindən musiqisevərlər klassik musiqinin mərkəzinə çevrilən Qəbələyə gəlməkdə davam edir. Burada hər gün kamera musiqisi axşamları keçirilir. Rusiyalı sənətçilər Andrey Yaroşinski, Nadejda Tokareva və Aleksandr Akimov iki gün dalbadal birlikdə konsert verdik. Bizim ifamızda təqdim olunan musiqi əsərləri ümid edirəm ki, musiqisevərlərin zövqünü oxşadı. Festival uğurla davam edir. Amma biz işimizi başa vuraraq ölkənizdən xoş təəsüratlarla ayrılırıq. Qəbələyə isə heyran qaldıq. Bu kurort şəhəri belə bir festival üçün gözəl bir məkandır. Yenidən bu festivlada iştirakımıza ümid edirik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında