Suriyanın Hama şəhərində 50 nəfər həlak olub

Üsyançılarla hökumət qoşunları arasındakı qarşıdurma nəticəsində Hama şəhərində 50 nəfər həlak olub ("Reuters").
Hama şəhər sakini Əbu Əmmar bildirib ki, hökumət qoşunları şəhərin Arbayen rayonunda üsyançılarla vuruşarkən minimum üç ailə həlak olub. Ölənlər arasında dinc sakinlər də var.
Eyni zamanda, Dəməşqin cənubunda 16 üsyançı-yaraqlı vertolyot bombardmanı nəticəsində həlak olub. Hökumət ordusu Busra əl- Hərir şəhərinə də avia zərbələr endirib.
Hazırda Suriyanın iqtisadi mərkəzi sayılan Hələb şəhərində də qızğın döyüşlər gedir. Hələb şəhərində üsyançılarla hökumət qüvvələri arasında vuruşma iki həftədən çoxdur ki, davam edir. Lakin hökumət qoşunları hələ də üsyançıların müqavimətini qıra bilməyiblər. Hökumət qüvvələri şəhərə nəzarət edə bilmir. Bununla belə üsyançılar Hələb şəhərində hökumət ordusuna məxsus hərbi bazanı ələ keçiriblər və Bəşər Əsəd qüvvələrinə qarşı ağır texnikadan da istifadə edirlər. Əvvəllər isə üsyançılar hökumət ordusuna qarşı yalnız adi silahlardan istifadə edirdilər.
Bu ərəfədə isə məlum olub ki, BMT-nin xüsusi nümayəndəsi Kofi Annan Suriyadakı fəaliyyətini dayandırıb. Buna səbəb isə Annanın hazırladığı sülh proqramının Suriyada həyata keçməməsidir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında