Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqisi axşamı keçirilmişdir

Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi dünyada böyük əks-səda doğuran Qəbələ IV Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. 
Festivalın proqramına uyğun olaraq avqustun 3-də "Qafqaz Resorte" otelində növbəti kamera musiqisi axşamı keçirilmişdir.
Yerli və xarici ölkə tamaşaçılarının iştirak etdikləri konsertdə dünya şöhrətli avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın və dahi alman bəstəkarı Robert Şumanın əsərləri səsləndirilmişdir.
Konsertdə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı, Qəbələ II Beynəlxalq Piano Müsabiqəsinin qalibi, M.Rostropoviç və D.Şostakoviç adına musiqi fondlarının təqaüdçüsü Andrey Yaroşinski (piano), Moskva Dövlət Konservatoriyasının dosenti, beynəlxalq müsabiqələrin qalibi Nadejda Tokareva (violin), "Sehrli kaman" beynəlxalq müsabiqəsinin "Qran-pri" mükafatının sahibi, Klivlend Musiqi İnstitutunun tələbəsi Fyodor Amosov (violonçel), Rusiya Musiqi Akademiyasının müəllimi Aleksandr Akimovun (viola) iştirakı ilə yüksək səviyyədə təqdim olunan musiqi əsərləri tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında