London Royal Filarmonik Orkestri yenə də festival iştirakçılarını heyrətləndirmişdir

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 3-də London Royal Filarmonik Orkestrinin növbəti konserti olmuşdur.
AzərTAc xəbər verir ki, iki dəfə "Qremmi" və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi orkestr tamaşaçılara maraqlı konsert proqramı təqdim etmişdir.
Konsertdə macar bəstəkarı Zoltan Kodayın "Qalanta rəqsləri", fransız bəstəkarı Moris Ravelin piano və orkestr üçün konserti, rus bəstəkarı Pyotr Çaykovskinin simfoniyası təqdim olunmuşdur.
Dünyanın ən məşhur orkestrlərindən biri olan London Royal Filarmonik Orkestri bu dəfə də gözəl çıxışı ilə dinləyicilərin qəlbinə yol tapdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında