Nyu-York şəhərindəki 102 mərtəbəli məşhur "Empire State Building" göydələni Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaqdır

Dünyanın ən məşhur göydələnlərindən biri, Manhettenin "Empire State Building" binası avqustun 8-də Azərbaycanın dövlət bayrağının rənglərinə bürünərək Nyu-York şəhərini işıqlandıracaqdır. 
Bu barədə "Empire State Building"in mətbuat xidmətinin məlumatında bildirilir. İşıqlandırma aksiyası göydələnin Londonda keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən dövlətlərə ithafıdır. Bu günlərdə "Empire State Building"in hər dörd tərəfi gecələr şüalarla Olimpiya Oyunları ölkələrinin birinin dövlət bayrağı rənglərinə boyanır. Beləliklə, avqustun 8-də məşhur binanın cənub tərəfi yaşıl, qırmızı və göy rənglərlə işıqlandırılacaq və Azərbaycan Respublikasının Olimpiya Oyunlarında iştirakını qeyd edəcəkdir. Avqustun 11-də isə binanın şimal divarı Türkiyənin dövlət bayrağının qırmızı rəngini alacaqdır.
1929-cu ildə tikilən 102 mərtəbəli "Empire State Building" Manhettenin mərkəzində 5-ci prospektin və 34-cü küçənin kəsişməsində yerləşərək təkcə Nyu-York deyil, bütün Birləşmiş Ştatların rəmzlərindən biridir. Dünyanın hər yerindən üst mərtəbəsindəki rəsədxanaya milyonlarla turist cəlb edən bu göydələnin müxtəlif rənglərlə işıqlandırılması Nyu-York şəhərinin mədəni həyatında əsl hadisəyə çevrilir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında