Bakıda MDB-nin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti müşavirəsinə hazırlıq məqsədilə ekspertlərin iclası keçirilmişdir

Avqustun 2-dən 4-dək Bakıdakı "Marriot-Abşeron" hotelində MDB-nin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri (DİN) Şurasının növbəti müşavirəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin Daxili İşlər nazirlikləri ekspertlərinin iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna, Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin nümayəndə heyətləri, həmçinin MDB İcraiyyə Komitəsinin və üzv dövlətlərin ərazisində mütəşəkkil və digər təhlükəli cinayətlərə qarşı mübarizənin əlaqələndirmə bürosunun təmsilçiləri iştirak etmişlər.
İclasda cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın daha da möhkəmləndirilməsi üzrə bir sıra prioritet məsələlər müzakirə olunmuşdur.
Tədbir iştirakçıları MDB DİN-i Şurasının gələn ay Bakıda keçirilməsi nəzərdə tutulan iclasının gündəliyini də müəyyənləşdirmişlər.
Görüş dostluq, qarşılıqlı anlaşma və etimad, konstruktiv əməkdaşlıq şəraitində keçmişdir.
İştirakçılar tədbirin yüksək səviyyədə təşkilinə və yaradılan şəraitə, göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında