Binəqədi rayonundakı yataqxanada yanğından zərər çəkən məcburi köçkün ailələrinə Azərbaycan Prezidentinin tapşırığı ilə birdəfəlik maddi yardım paylanmışdır

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, Səttar Bəhlulzadə küçəsi, 31 ünvanında məcburi köçkünlərin məskunlaşdığı Azərbaycan Dövlət İqtisad Universitetinin 4 nömrəli yataqxanasında yanğın baş vermişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq sərəncama əsasən, yanğından zərər çəkmiş 114 nəfərdən ibarət 32 məcburi köçkün ailəsinə birdəfəlik maddi yardım ayrılmışdır.
Yanğının baş verdiyi yataqxananın yaxınlığında quraşdırılmış çadırlarda müvəqqəti yaşayan zərər çəkənlərə nəzərdə tutulmuş maddi yardımlar avqustun 3-də paylanmışdır.
Sərəncama uyğun olaraq bir nəfərlik ailəyə 1000 manat, iki nəfərlik ailəyə 1800 manat, üç və daha çox şəxslərdən ibarət ailələrin hər bir üzvünə 800 manat yardım verilmişdir.
Məcburi köçkünlər baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklərinin aradan qaldırılması istiqamətində dərhal atılan addımlara görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında