Fərhad BƏDƏLBƏYLİ: "Xocalı" matəm musiqisi təkcə Azərbaycanda deyil, bütün dünyada soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuşdur

"Xocalı" matəm musiqisi gələcəkdə dünyanın bir çox ölkələrində səsləndiriləcəkdir. Vacib deyil ki, bu əsər bütöv bir orkestrlə ifa edilsin. Bunu məhdud musiqi alətləri ilə də, istənilən yerdə ifa etmək mümkündür. 
AzərTAc xəbər verir ki, bu sözləri festivalın bədii rəhbərlərindən biri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli avqustun 2-də Qəbələ şəhərində keçirilən mətbuat konfransında demişdir.
Fərhad Bədəlbəyli bu matəm musiqisinin təkcə ermənilərin Azərbaycanda törətdikləri Xocalı faciəsinin deyil, bütün dünyada soyqırımı qurbanlarının xatirəsinə ithaf olunduğunu bildirmişdir. Əsərdə musiqinin dili ilə soyqırımı cinayətkarlarının cəzalandırılması tələb olunur.
F.Bədəlbəyli ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi barədə bütün dünya xalqlarının məlumatlandırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan olunmuş "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində MDB, Avropa ölkələrində, ABŞ-da və digər ölkələrdə böyük tədbirlərin həyata keçirildiyini xarici ölkə musiqiçilərinin və jurnalistlərin diqqətinə çatdırmışdır. F.Bədəlbəyli demişdir: "Mən özüm qarabağlıyam, Şuşada anadan olmuşam. Lakin ermənilər həmin torpaqları işğal etdiyi üçün mən indi öz doğma şəhərimə gedə bilmirəm. Çox təəssüf ki, bəzi dövlətlər bölgədə sülhün bərqərar olunmasına deyil, hələ də milli ədavəti qızışdırmağa çalışırlar. Biz musiqiçilər bunun əleyhinəyik, müharibəyə, göz yaşlarına son qoyulmasını istəyirik"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında