Dağıstanda ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır

İyunun 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılığı ilə böyük nümayəndə heyəti Dağıstana gəlmişdir. Nümayəndə heyətinə Milli Məclisin deputatları və Dağıstanla həmsərhəd rayonlardan bir neçəsinin rəhbərləri daxildir.
Dağıstan-Azərbaycan sərhədində qonaqları Dərbənd rayonunun rəhbəri Qurban Qurbanov, Dağıstan Respublikası Xalq Məclisi sədrinin müavini Nəsir Haydarov, Dağıstan Respublikası ədliyyə naziri Azadi Rəhimov və başqaları qarşılamışlar.
Azərbaycan nümayəndə heyəti Dağıstanın tanınmış dövlət xadimi Maqomedəli Maqomedovun anadan olmasının 80 illiyinə həsr edilmiş təntənələrdə iştirak etmək üçün gəlmişdir. Qonaqlar yolüstü Cemikənd kəndinə də gəlmişlər. Burada Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan məktəbdə Heydər Əliyev muzeyinin və idman zalının təntənəli açılışı olmuşdur.
Qurban Qurbanov qonaqları salamlayaraq demişdir ki, bu məktəbə görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Dağıstan ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün çox iş görmüşdür.
Elçin Əfəndiyev qeyd etmişdir ki, Heydər Əliyev təkcə Azərbaycanın Prezidenti deyil, həm də respublikanın hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar üçün bir örnək idi. O, məktəblilərə müraciətlə demişdir: "Siz yaxşı və əla qiymətlərlə oxumalısınız ki, Heydər Əliyevin ruhu şad olsun, siz onun işlərini və ideyalarını davam etdirməlisiniz".
Təbrik nitqlərindən sonra Heydər Əliyevin abidəsinin açılışı olmuşdur. Qonaqlar məktəbdə yaradılmış Heydər Əliyev muzeyinə və yeni açılmış idman zalına da baxmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında