Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Moskva solistləri" kamera orkestri bəstəkar Aleksandr Çaykovskinin "Xocalı" matəm musiqisini təqdim etmişdir

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də açıq səma altında daha bir möhtəşəm konsert olmuşdur. 
AzərTAc xəbər verir ki, Azərbaycan və dünya klassik musiqisini yüksək səviyyədə təbliğ edən festivalın proqramına uyğun olaraq "Moskva solistləri" kamera orkestrinin, eləcə də məşhur piano, tar və violonçel ifaçılarının birgə çıxış etdikləri konsertdə əvvəlcə Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri, Rusiyanın xalq artisti, bəstəkar Aleksandr Çaykovskinin xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün yazdığı "Xocalı" matəm musiqisi təqdim edilmişdir.
İlk dəfə təqdim olunan və peşəkarcasına ifa edilən bu musiqi əsəri tamaşaçıların böyük marağına səbəb olmuşdur. "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, "Moskva solistləri" kamera orkestrinin yaradıcısı Yuri Başmetin rəhbərliyi ilə keçirilən konsertdə Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli (piano), məşhur violonçel ifaçısı Dmitri Yablonski, əməkdar artist, tarzən Sahib Paşazadə çıxış etmişlər.
Konsertin ikinci hissəsində isə musiqiçilər V.A.Motsart, T.Takemitsu, İ.Stravinski, D.Şostakoviç, Y.Benda, A.Vivaldi və A.Şnitkenin əsərlərini ifa etmişlər.
Çıxışlar musiqisevərlərin zövqünü oxşamış və alqışlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında