Klim LAVRENTYEV: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasını dağılmış bir təşkilatın yenidən bərpası, dirçəlməsi kimi dəyərləndirirəm

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasını dağılmış bir təşkilatın yenidən bərpası, dirçəlməsi kimi dəyərləndirirəm. Bu təşkilatın bərpası ilə böyük iş görülmüşdür. 
Bu sözləri Rusiya Kinematoqrafçılar İttifaqının sədr müavini Klim Lavrentyev 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə Nizami kino Mərkəzində keçirilən tədbirdən əvvəl AzərTAc-a müsahibəsində demişdir. O, bundan sonra Rusiya Federasiyası və Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqları arasında təşkilatlar səviyyəsində əməkdaşlıq əlaqələrinin bərpa ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
K.Lavrentyev Azərbaycandan sonra Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Moldova, Belarusda da bu istiqamətdə təşəbbüslər olacağına ümid etdiyini söyləmişdir. Kinematoqrafiya sahəsində qarşılıqlı əlaqələrin vacibliyindən danışan qonaq kinonun təkcə sənaye və incəsənət sahəsində deyil, həmçinin xalqların birləşməsində, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində, hər bir ölkənin milli ənənələrinin qorunub saxlanmasında və dəstəklənməsində böyük ideoloji qüvvə olduğunu diqqətə çatdırmışdır.
K.Lavrentyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına gələcək fəaliyyətində uğurlar arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında