AMEA-nın Tarix İnstitutu üçcildlik "Azərbaycan tarixi" kitabını nəşr edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda üçcildlik "Azərbaycan tarixi"nin nəşrinə hazırlıq işləri başlanıb. APA-nın məlumatına görə, yeni üçcildlikdə ən qədim zamanlardan yaşadığımız günlərədək Azərbaycan tarixinin ən mühüm məsələləri öz əksini tapacaq. Nəşr olunacaq yeni "Azərbaycan tarixi"ndə Azərbaycan tarixinin indiyədək təhrif edilmiş və qəsdən saxtalaşdırılmış problemlərinə yeni baxış əsas götürüləcək.
Kitabda tariximizin indiyədək araşdırılmamış məsələləri də geniş şəkildə işıqlandırılacaq. Üçcildliyin nəşri ilə bağlı elmi konsepsiya üzərində iş artıq başa çatmaq üzrədir. Konsepsiyanın layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə hazırlanıb. Üçcildlik yeni "Azərbaycan tarixi"nin 1-ci cildi ən qədim zamanlardan XVIII əsrin 30-cu illərinədək olan dövrü, 2-ci cildi 1736-1917-ci illəri, 3-cü cildi 1918-2012-ci illəri əhatə edəcək. Kitabda Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə dair materiallar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən böyük quruculuq-abadlıq işləri geniş işıqlandırılacaq. Yeni "Azərbaycan tarixi" müxtəlif dövrlərə aid xəritələr, illüstrasiyalar, mənbələr və ədəbiyyat siyahısı ilə tamamlanacaq. Üçcildlik yeni "Azərbaycan tarixi" akademik R.Mehdiyevin ümumi redaktorluğu ilə nəşr olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında