"Şəms Təbrizidən Mövlanayadək. İrfan xəzinəsində Azərbaycan izləri"

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu"nun təşkilatçılığı və İslam Konfransı Gənclər Forumunun təşkilati dəstəyi ilə keçirilən elmi konfrans belə adlanırdı.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu"nun sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva, BDU-nun ilahiyyat fakultəsinin dekanı, akademik Vasim Məmmədəliyev, İKGF Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əskərov çıxış edərək İslam mədəniyyətinin bir nümunəsi olan irfan mədəni irsinə Azərbaycan alim və mütəfəkirlərinin verdiyi töhfələrdən danışmış və bu gün həmin irsin dərindən öyrənilməsinin zəruriliyini qeyd etmişlər. Daha sonra Türkiyədən dəvət olunmuş yazar, Mövlana Cəlaləddin Rumi və Şəms Təbrizi irsinin araşdırıcısı, professor Camalnur Sarqut, tədbirin aparıcısı, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov və digər tədqiqatçılar, icma nümayəndələri çıxış etmişlər.
Onlar irfan ədəbiyyatının, irfan və təsəvvüf tarixinin böyük mütəfəkkirlərinin həyat və fəaliyyətindən danışmış, Şəbüstəri, Miyanəçi, Sührəvərdi kimi məşhur azərbaycanlı ariflər haqqında öz fikirlərini bölüşmüşlər. Xüsusilə qeyd edilmişdir ki, bu gün təsəvvüf ənənəsinin dünyada ən üstün nümayəndəsi hesab olunan Mövlana Cəlaləddin Ruminin müəllimi, məşhur azərbaycanlı şair Şəms Təbrizi olmuşdur. Tədbirin sonunda irfan mədəni irsinə həsr olunmuş tədbirlərin silsilə şəklində mütəmadi keçirilməsi qərara alınmışdır.

{nl}

Anar TURAN

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında