Qaxda Milli Qurtuluş Günü qeyd edildi

Qaxda 15 İyun - Milli Qurtuluş Gününün 16-cı ildönümünə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində, dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, 15 İyun - Milli Qurtuluş Gününün sülhün və sabitliyin təmin olunmasında yeni mərhələnin başlanğıcı olduğunu bildirmişdir.
Sonra YAP rayon təşkilatının sədri Nizami Əhmədovun "15 iyun - tariximizin parlaq səhifəsidir" mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında çıxış edən natiqlər 1993-2003- cü illərdə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyasının xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdiyini, Azərbaycanın məhv olmaq təhlükəsindən qurtularaq qüdrətli dövlətə çevrildiyini, onun siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında