BAKI - nur yağışında uyuyan şəhər

Respublikamızda, o cümlədən Bakıda elm və texnikanın inkişafına uyğun olaraq müxtəlif quruculuq işləri ilə yanaşı, böyük elektrotexniki yenidənqurma işləri aparılır. Bakıda əvvəllər istehsalçılar tələb olunan səviyyədə elektrik enerjisi ilə təmin olunmurdular. Elektrik enerjisinin verilməsində məhdudiyyətlər, tez-tez açılmalar olurdu. Artıq yüklənmələrdən yanğınlar törənirdi. Köhnə konstruksiyalar olduğuna görə rele mühafizəsi selektiv işləmirdi. 
2006-cı ildən cənab Prezidentin birbaşa göstərişi ilə paytaxtda yarımstansiyalarda elektrotexniki qurğular ən yeniləri ilə əvəz olunmağa başlanıldı. Bu işə rəhbərlik Baba Rzayevə tapşırıldı və o, bu çətin işin öhdəsindən layiqincə gəldi. Əksər transformator məntəqələri, yarımstansiyalar təmir olundu, kabel və hava xətləri yeniləri ilə əvəzləndi.
110 kV yarımstansiyalarda dairəvi elektrik sxeminə uyğun olaraq digər yarımstansiyalarda da dairəvi sxem yaradıldı. Dispetçer xidmətini tələb olunan səviyyədə yerinə yetirmək məqsədilə məsafədən avtomatik idarə sistemi "SKADA" quruldu. Rele mühafizəsi və avtomatika qurğuları ən yeni standartlara uyğun cihazlarla təmin olundu.
Paylayıcı quruluşlar böyük güclü transformatorlarla, yağ və hava açarları "Eleqaz" və "Vaakum" açarlarla əvəzləndi. Açıq paylayıcı quruluşlar qapalı paylayıcı quruluşlarla əvəz olundu.
Yeni qurğuları idarə edə biləcək kadrları yetişdirmək məqsədilə tədris mərkəzi yaradıldı. Tədris mərkəzi inkişaf etmiş ölkələrin tədris bazasına uyğun ən müasir qurğularla, kompyuter texnologiyaları ilə təchiz olundu. Tədris mərkəzində tədrisi ən yüksək səviyyədə aparmaq üçün yeni proqramlar tətbiq edildi. Bunun üçün inkişaf etmiş ölkələrin metodlarından geniş istifadə olundu.
Şəhərin mərkəzində birinci kateqoriyalı 117 saylı yüksək gərginlikli 35/6 kV yarımstansiyası üçün yeni müasir bina tikildi və o, tamamilə yenidən quruldu. Yarımstansiya əvvəllər 2 ədəd 25 MVA transformatorla işləyirdi. İndi həmin gücdə üçüncü transformator da dövrəyə qoşulub. Elektrik avadanlıqları yeniləri ilə əvəz olunub, köhnə kabellər dəyişdirilib. Rele mühafizəsi və avtomatika müasir elektron qurğularla təchiz olunub. Mərkəzi Dispetçer Xidməti üçün Avtomatik İdarə Sistemi "SKADA" vasitəsilə məsafədən açıb-bağlama əməliyyatı aparmaq imkanı yaradılıb. Mükəmməl bloklama qurğusu olduğuna görə bu əməliyyatlar tam səhvsiz yerinə yetirilir.
Yarımstansiyanın paytaxtımızı gözəlləşdirən bu yaraşıqlı binasının tikilməsində Bakı Şəhər Elektrik Şəbəkəsinin investisiya idarəsi xüsusi fəallıq göstərib. Tikinti-quraşdırma işləri uğurla yerinə yetirilib.
Bakı Şəhər Elektrik Şəbəkəsinin, rəhbərliyi həmçinin Nəsimi Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin rəhbərliyi istehlakçıların dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması üçün planlı iş aparırlar. Bununla da Bakı şəhərində elektrik enerjisinin təminatı beynəlxalq standartlara uyğun olaraq yüksək səviyyədə yerinə yetirilir.

{nl}

Ədalət ƏLİYEV, Bakı şəhəri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında