Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 2012-ci il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 31-dək davam etdiriləcəkdir. 
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sənədlərin qəbulu başa çatdırıldıqdan sonra test imtahanının vaxtı, yeri və digər məsələlər barədə kütləvi informasiya vasitələri ilə, həmçinin Baş Prokurorluğun internet səhifəsində və qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.
Test suallarının hazırlanmasında Azərbaycan Konstitusiyasından, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və Əmək məcəllələrindən, həmçinin "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlardan, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasından istifadə olunmuşdur.
Prokurorluq orqanlarında işləmək arzusunda olan hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək tələb olunan sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər.
Qulluğa qəbulla bağlı məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsindən (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və 437-28-56, 492-62-23, 492-74-32, 492-39-95 nömrəli telefonlar vasitəsilə zəruri məlumatları əldə etmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında