"Qlobal Sazişin Azərbaycan üzrə yerli şəbəkəsi (GCLN Azərbaycan) və sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində əməkdaşlıq sazişi imzalanmışdır

BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında "Qlobal Sazişin Azərbaycan üzrə yerli şəbəkəsi (GCLN Azərbaycan) və sahibkarlığın inkişafına dəstək" layihə sənədi və layihə üzrə əməkdaşlıq sazişi imzalanmışdır. 
ASK-dan AzərTAc-a bildirmişlər ki, BMT-nin Azərbaycandakı ofisində sənədləri ASK-nın prezidenti Məmməd Musayev və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura imzalamışlar.
Layihə üzrə imzalanmış əməkdaşlıq sazişinin müddəti bu ilin avqustun 1-dən 2013-cü ilin iyulun 31-dək nəzərdə tutulmuşdur.
BMT-nin 2000-ci ildə fəaliyyətə başlamış Qlobal Sazişi (GC) mötəbər və dayanaqlı korporativ siyasət və təcrübələrin işlənib hazırlanması, həyata keçirilməsi və bu barədə ictimaiyyətin müfəssəl məlumatlandırılması üzrə xüsusi platformadır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında