Hazırda Azərbaycanda işsizliyin səviyyəsi Avropadan daha azdır

Bu sözləri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının (PARŞ) Gənclər Şurasının sədri Tuğba Balçı AzərTAc-a müsahibəsində demişdir. 
T.Balçı bildirmişdir ki, hazırda Avropadakı işsizliyin səviyyəsi Şərq ölkələrindən daha artıqdır. Mərkəzi Avropa ölkələri ilə müqayisə edildikdə Şərqi Avropa dövlətləri, o cümlədən Türkiyədə və Azərbaycanda gənclər arasındakı işsizliyin səviyyəsi daha azdır.
Gənclər arasında işsizliyin səbəbləri haqqında sualı cavablandıran T.Balçı qeyd etmişdir ki, peşə təhsili ilə işçilərdən gözlənilən təhsilin üst-üstə düşmədiyini bildirmişdir. Şura sədri bunun üçün peşə təhsilinin artırılmasının vacib olduğunu qeyd etmişdir. Bundan başqa, təcrübə sisteminin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan sədr bildirmişdir ki, lazımı səviyyədə təcrübənin olmaması gənclərin işsizliyinə təsir edən əsas amillərdən biridir. Tələbələrin universitetlərdə məcburi təcrübə keçməsi bu problemin aradan qaldırılmasında mühüm rol oynayacaqdır. Ölkəmizdə gənclər arasında işsizliyin aradan qaldırılmasında görülən işlərdən danışan T.Balçı Azərbaycanın bu problemin həll edilməsi istiqamətində lazımı işlər görən qabaqcıl ölkələrdən olduğunu vurğulamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə verdiyi sərəncamlar haqqında məlumatlı olduğunu deyən şura sədri xüsusən son dövrlərdə ölkəmizdə təhsilə yüksək diqqət və qayğının göstərildiyini demişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında