"İşğal olunmuş Azərbaycan ərazilərinin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir

İyunun 16-da Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Mətbuatımızın 135 illiyi, həmçinin 2010-cu ilin "Ekologiya ili" və "Qarabağ ili" elan edilməsi ilə əlaqədar "İşğal olunmuş Azərbaycan ərazilərinin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Azərbaycanda Atatürk Mərkəzində təşkil olunmuş tədbirdə Milli Məclisin deputatları, əlaqədar nazirliklərin, QHT-lərin və KİV-lərin nümayəndələri, mütəxəssislər iştirak etmişlər.
ASRP-nin sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı "dəyirmi masa"nın həsr olunduğu mövzunun əhəmiyyətindən danışmışdır. Natiq Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində mayın 21-22-də Bakıda "Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində" mövzusunda təşkil edilmiş beynəlxalq konfransı xatırlatmış, bu tədbirin də həmin məqsədə xidmət etdiyini vurğulamışdır. Partiya sədri qeyd etmişdir ki, müharibə vəziyyətində olan ölkəmiz hər zaman erməni riyakarlığı və onların havadarlarının saxta informasiya savaşı ilə üz-üzədir. Odur ki, belə hallara müqavimət göstərilməli və beynəlxalq səviyyədə ciddi mübarizə aparılmalıdır.
Sonra "dəyirmi masa"da Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin bütövlükdə və ayrı-ayrı inzibati rayonlar üzrə təbii-iqtisadi potensialının qiymətləndirilməsi və müasir ekoloji vəziyyəti müzakirə edilmişdir.
Sahə mütəxəssislərinin, Müdafiə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrinin, QHT təmsilçilərinin çıxışlarında işğal olunmuş ərazilərin təbii-iqtisadi potensialı və onun beynəlxalq standartlar üzrə qiymətləndirilən dəyəri, bu ərazilərdə ekoloji vəziyyətin müqayisəli təhlili məsələlərinə toxunulmuşdur. Natiqlər Azərbaycanın sosial-iqtisadi inkişafına erməni işğalının vurduğu ziyan, hərbi xərclərin artımı, qaçqın və məcburi köçkünlərin maddi-mənəvi təminatı problemlərinin müzakirəsinə geniş yer vermişlər.
Tədbirin sonunda Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi və bu torpaqların 20 ildən artıq bir müddətdə işğal altında saxlanılması nəticəsində itirilmiş təbii-iqtisadi potensialın dəyəri, Ermənistan tərəfindən ekologiyaya amansız münasibət haqqında materialların toplanaraq KİV-lər vasitəsilə bütün dünya ictimaiyyətinə çatdırılması üçün müvafiq addımların atılması qərara alınmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında