Ucarda bayram sevincləri

Respublikamızın hər yerində olduğu kimi 15 İyun - Milli Qurtuluş Günü Ucar rayonunda da geniş qeyd edilib.
Bayram ərəfəsində rayonun idarə və müəssisələrində Milli Qurtuluş Gününün tariximizdəki yeri barədə ətraflı söhbətlər təşkil olunub, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamızı məhv olmaq təhlükəsindən qurtardığı, müstəqilliyimizin qorunmasını təmin etdiyi bütün tədbirlərdə xüsusi vurğulanıb, onun siyasətinin bu gün uğurla davam etdirilməsindən qürurla danışılıb. Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov bildirdi ki, əgər həmin vaxtlar ulu öndər xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasaydı vətəndaş müharibəsi ilə üzləşən Azərbaycanın müstəqilliyindən bu gün danışa bilməzdik. İcra hakimiyyətinin başçısı daha sonra qeyd etdi ki, məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, adını qüdrətli dünya dövlətlərinin siyahısına yazdı. Həmin gün rayon icra hakimiyyəti aparatının və ictimaiyyətin nümayəndələri tərəfindən rayon mərkəzindəki ulu öndərin adını daşıyan parkda ucaldılan abidəsi önünə gül-çiçək dəstələri qoyulub, veteranlar bağında bayram münasibətilə geniş tədbir keçirilib.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında