Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, 2012-ci il iyulun 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu ilə bağlı məlumat əldə edildikdən dərhal sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası zəruri tədbirlərin görülməsinə başlamış, aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciətlər ünvanlamışdır. Beynəlxalq Qızıl Xaç Komitəsindən daxil olmuş məlumata görə, bu qurumun Ermənistandakı nümayəndəliyi məsələ ilə bağlı müvafiq işləri həyata keçirir.
Ancaq bu cür hadisələrin baş verdiyi məqamlarda həmişə olduğu kimi, bir çox kütləvi informasiya vasitələri belə demək mümkündürsə, hərəkətə keçərək yoxlanılmamış və əsir götürülmüş əsgərin təhlükəsizliyinə zərər verə biləcək məlumatların yayılmasına start vermişlər. Daha çox təəssüf doğuran cəhət isə ondan ibarətdir ki, yerli KİV-lər F.Fərəcovun ailəsinə məxsus şəxsi məlumatları, onların özləri ilə razılaşdırmadan, heç bir əlavə yoxlama və dəqiqləşdirmə aparmadan yaymışlar. Bəzi KİV-lər isə daha da irəli gedərək əsir götürülmüş əsgərin atasının hərbçi olduğunu, hətta daşıdığı hərbi rütbəni və xidmət etdiyi qoşun növünü belə diqqətə çatdırmışlar. Bu cür KİV-lər bu tip məlumatları yayarkən görəsən düşmənə gərəkli məlumatları verdiklərinin və bu məlumatın əsir götürülmüş əsgərin və onun ailəsinin həyatı üçün hansı nəticələri verəcəyinin fərqindədirlərmi? Digər bir KİV isə guya F.Fərəcovun ailə üzvlərini evdə tapmadıqlarını və buna görə də qonşulardan müsahibə aldıqlarını bildirmiş və "qonşuların" verdiyi ifadələri məlumat qismində yaymışlar. Ailə ilə söhbət zamanı onlar heç bir jurnalistlə görüşmədiklərini və qəzetdə adı çəkilən qonşularının olmadığını bildirmişlər.
Bildiririk ki, bu cür məlumatların hər cəhdlə ictimaiyyətə açıqlanması hər şeydən öncə insan hüquqlarının və beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır.
Dövlət Komissiyası bir daha bəyan edir ki, əsir-girovların, o cümlədən Firuz Fərəcovun azad olunması istiqamətində fəaliyyət göstərən yeganə qurum kimi zəruri tədbirləri görür və bu barədə məqbul sayılan vaxtda və həcmdə məlumatlar yayır.
Göstərilənləri nəzərə alaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası kütləvi informasiya vasitələrinə bu problemlə bağlı məlumatları yayarkən ümumi maraqlardan çıxış etməyi, yoxlanılmamış və əsası olmayan, xüsusən də şəxsə və ailəyə məxsus informasiyaların işıq üzü görməsinə yol verməməyi tövsiyə edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında