18 525 manat "Cek Pot" sahibinə təqdim olundu

Həyata təzəcə vəsiqə alan "6/40" lotereya oyununda, qısa müddət ərzində 18 525 manat məbləğində ikinci "Cek Pot"u Lənkəran şəhər sakini Hüseynov Hamlet Rahid oğlu uddu. "Space" telekanalı tamaşaçıları uduşun Hüseynov Hamletə təqdim edilməsinə canlı yayımda şahidlik ediblər. 
Hamletin 24 yaşı var, subaydır. Yəqin, lotereya həvəskarlarının yadındadır ki, cari ilin mart ayında 66 900 manat, may ayının sonunda isə 60 200 manat olmaqla, sözügedən uduş lənkəranlıların udduğu üçüncü "Cek Pot"dur. Hamlet bunu lənkəranlılar arasında lotereya oyunlarının populyarlığı ilə izah etməklə yanaşı, lotereya oyunları haqqında digər mülahizələrini də bizimlə bölüşür. Onun fikrincə, son bir neçə ayda "5/36" və "6/40" oyunlarında dalbadal iri məbləğdə uduşlara, bu oyunlarda "Cek Pot"ların daha sürətlə artaraq qısa müddətdə kifayət qədər iri məbləğə çevrilməsinə baxmayaraq, onun tanıdığı lotereya həvəskarları arasında "Ailə Sevinci" lotereyası daha populyardır.
"Ailə Sevinci" lotereyasına gəldikdə isə, 127 000 manata qədər yüksəlmiş "Meqa Pot" uduşunun hansı birimizinsə ailəsinə sevinc gətirəcəyi günü gözləyirik. Lotereya həvəskarlarının hər biri bu sevinci yaşamağa layiqdir. Bakı şəhər sakini İsmayılov Elnur Akif oğlu ilin uduş rekordunu təzələməsə də "Ailə Sevinci" lotereyasının 75-ci tirajında Nissan "Sunny" avtomobili udmaqla sevinc payını aldı. Bu lotereyanın 76-ci tirajı da Bakı sakinləri üçün uğurlu oldu. "AzTV"-nin çoxsaylı tamaşaçı auditoriyası Bakıdan Əbdülovlar ailəsinin yaşadığı sevincin şahidi oldular. Üç ədəd lotereya bileti almaqla avtomobilə sahib olan, sağlam, əsl azərbaycanlı ailəsinin xanımının, 19 yaşlı nişanlı qızın anasının keçirdiyi hissləri bir anlıq təsəvvür edin. Nissan "Sunny" avtomobilinin açarlarını təhvil alan Əbdülova Həcər Məhəmmədismayıl qızı ilə söhbət edərkən ürəkdən gələn sevinci duymamaq mümkün deyil. Yeri gəlmişkən, "Ailə Sevinci" lotereyasının 76-cı tirajı Naxçıvan MR Babək rayon sakini Məmmədov Razim Xasay oğlunu da 2020 manat uduşla sevindirdi.
"Binqo" sevərlər də dünən axşam həyacanlı anlar yaşadılar. Zarafat deyil, bir oyunda 25 000, 55 000, 90 000, 126 000 və 75000 manat məbləğində beş möhtəşəm uduş öz sahiblərini gözləyirlər. "Ugur" lotereyası da uduşların iriliyi baxımından digərlərindən geri qalmır. Üç "Cek Pot" oynanılan bu oyunda 81 000 manat çoxumuzun həyatını kökündən dəyişməyə qadir olan bir uduşdur. Quba rayon sakini İskəndərov Bəhram Pirməmməd oğlu hesab edir ki, məbləğin böyük-kiçikliyindən asılı olmayaraq, istənilən uduş insanda çox gözəl psixoloji ovqat doğurur. İki övladı, üç nəvəsi olan 58 yaşlı Bəhram İskəndərov "Uğur" lotereyasının 49-cu tirajında 2500 manat udub və səmimiyyətlə bildirir ki, bu uduş ona böyük sevinc bəxş edən qismətdir. "Uğur" lotereyasında sevinən təkcə o deyil. Gədəbəy rayon sakini Əsgərov Füzuli Məhəmmədəli oğlu da "Uğur"un 49-cu tirajında 2020 manat uduşla uğur qazandı.
Sadaladığımız uduş məbləğlərinə əsasən, demək olar ki, cari ilin ikinci yarısında lotereya həvəskarları daha möhtəşəm anlar yaşayacaqlar. İyul ayı qaliblərinin sevincinə qoşulur, yeni- yeni sevinc dolu günlər arzulayırıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında