Səbailli "Şahinlər" Qubaya istirahətə yollanmışlar

Məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsi əsasında Qubada yay düşərgəsi start götürmüşdür. 
Qarabağ müharibəsi əlilləri və veteranların, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan, ictimai birlikləri təmsil edən 250 nəfər yeniyetmə Quba şəhərinin ən mənzərəli yerində yerləşən, Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsinə yola salınmışlar.
"Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin uşaq və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, ölkəmizdə yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır.
Qeyd olunmuşdur ki, 7-ci dəfə təşkil olunan ənənəvi düşərgənin fəaliyyəti Səbail RİH və təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaqdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışmış və onlara "yaxşı yol!" söyləmişdir.
Bakıdan gedən uşaqlara Qubada rayonun Zərdabi adına xüsusi internat məktəbinin şagirdləri də qoşulacaqlar. Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH bir sıra təşkilati işlər həyata keçirmiş, uşaqlar üçün xüsusi geyim və forma, idman ləvazimatları alınmışdır. Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurmuşdur. Düşərgə Daxili Qoşunlar Komandanlığı və Bakı Özəl Türk liseyinin Quba filialı tərəfindən ləvazimatlarla təmin olunmuşdur.
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq.Məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən müxtəlif mövzularında məşğələlər, hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də keçiləcək.
Gənc "Şahinlər" ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil qoymuş və tər çiçəklər düzmüşlər. Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr Qubaya yola düşmüşlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında