Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Sergey Raxmaninovun əsərlərindən ibarət konsert olmuşdur

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan Qəbələ IV Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. 
Festivalın proqramına uyğun olaraq iyulun 30-da "Qafqaz Resorte" otelində növbəti kamera musiqisi axşamı keçirilmişdir.
Pianoda çıxış edən festivalın bədii rəhbəri, xalq artisti, "Şöhrət" ordenli Fərhad Bədəlbəyli və xalq artisti Murad Adıgözəlzadəni violonçeldə "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru və festivalın bədii rəhbəri olan Dmitri Yablonski müşayiət etmişdir.
Tanınmış musiqiçilər tamaşaçılara görkəmli rus bəstəkarı Sergey Raxmaninovun əsərlərini təqdim etmişlər. Onlar yüksək səviyyəli çıxışları ilə dinləyicilərin qəlbinə yol tapmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında