Qəbələdə London Royal Filarmonik Orkestrinin konserti yerli və xarici ölkə tamaşaçılarının marağına səbəb olmuşdur

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 30-da dünyanın ən məşhur musiqi kollektivlərindən biri olan London Royal Filarmonik Orkestrinin növbəti konserti olmuşdur.
AzərTAc xəbər verir ki, "Viva İtaliya" adlı konsertdə çıxış edən London Royal Filarmonik Orkestrinin solistlərini, eləcə də məşhur italyan vokalçıları Marko Kinqarini (bariton), Françeska Patanenini (soprano), onların azərbaycanlı həmkarları Yusif Eyvazovu (tenor) və Səbinə Əsədovanı (messo-soprano) italiyalı dirijor Klaudio Vandelli müşayiət etmişdir.
İki hissədən ibarət konsertdə J.Bizenin "Karmen" operasından Eskamilionun kupletləri, Karmen və Xozenin dueti, U.Cordanonun "Andre Şenye" operasından Madlen və Andrenin dueti, P.Maskanyinin "Kənd namusu" operasından Santuzzanın ariyası, A.Ponkyellinin "Cokonda" operasından Cokondanın ariyası, C.Verdinin "Taleyin gücü" operasından Don Alvaro və Don Karlonun dueti, "Nabukko" operasına uvertüra, "Aida" operasından Radamesin romansı, C.Rossininin "Soroka vorovka" operasına uvertüra, F.Çileanın "Adriana Lekuvrör" operasından Şahzadənin ariyası səsləndirilmişdir.
Çıxışlar yerli və xarici ölkə tamaşaçılarının böyük marağına səbəb olmuşdur.
London Royal Filarmonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, iki dəfə "Qremmi" və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli Şarl Dütuadır.
Orkestrin növbəti konsertləri Şarl Dütuanın dirijorluğu ilə avqustun 3-də və 5-də keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında