Covanni BROLLO: Bu füsunkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur

Beynəlxalq musiqi festivalının belə bir gözəl yerdə, dağlar, meşələr arasında, bu cür tanınmış ifaçıların iştirakı ilə keçirilməsi mənim üçün böyük sürpriz olmuşdur. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. 
Bu sözləri Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı məşhur italiyalı pianoçu, "Rendano" beynəlxalq piano müsabiqəsində Qran-pri mükafatının sahibi, "Albenga", "Macugnaga", "Taranto" adlı beynəlxalq müsabiqələrin mükafatçısı, İtaliyanın Alessandriya Konservatoriyasının baş müəllimi Covanni Brollo demişdir.
"Ümumiyyətlə, bu füsunkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur. Qəbələ festivalında iştirakım həm də Azərbaycanı yaxından tanımağa gözəl imkan yaratmışdır. Növbəti illərdə də böyük məmnuniyyətlə Qəbələ festivalına qatılmaq istərdim", - deyə pianoçu qeyd etmişdir.
Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə böyük maraq göstərdiyini və buna heyran qaldığını bildirən C.Brollo belə bir gözəl təşəbbüsü irəli sürənlərə, bu festivalın təşkilatçılarına minnətdarlığını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında