"Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq simpoziumun bölmə iclasları keçirilmişdir

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq simpozium keçirilmişdir.
Dünyanın bir sıra ölkələrindən tanınmış alim və mütəxəssislərin qatıldıqları ikigünlük simpoziumun sonuncu günündə beynəlxalq elmi məclis öz işini bölmə iclaslarında davam etdirmişdir.
Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən bölmə iclasını giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli simpoziumun Naxçıvanın 5000 illik tarixinin tədqiqi baxımından əhəmiyyətini vurğulamış, tədbirin işinə uğurlar diləmişdir.
NDU-nun mətbuat şöbəsinin əməkdaşı Nərmin Cəfərova bildirmişdir ki, bölmə iclaslarında "Qaya duzu istehsalı və ticarətinin mədəniyyətin inkişafında rolu", "Türk mədəniyyətində duzun yeri və əhəmiyyəti", "Çorox hövzəsinin qədim Kolxid metallurgiyası" və digər mövzularda məruzələr dinlənilib müzakirə edilmişdir.
Sonda bölmələrin işi ilə bağlı fikirlər dinlənilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında