Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2011-ci il 2 sentyabr tarixli sərəncamına əsasən, Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolda aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, yolun uzunluğu 39,2 kilometrdir. Hazırda 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən yolda tikinti işlərinə bu il başlanılmışdır. Yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrədək genişləndirilmişdir. İki hərəkət zolağından ibarət olacaq yolun üzərində 1 körpü, 5 su keçidi və 51 suötürücü inşa olunmuş, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikilmişdir. Hazırda yola asfalt örtüyün verilməsi üçün tamamlanma işləri görülür. Tikinti başa çatdıqdan sonra yolun əhatə etdiyi yaşayış məntəqələrində nəqliyyatın rahat hərəkəti təmin ediləcəkdir.
Ali Məclisin sədri yolun tikintisi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında