Marko Kinqari: Qəbələ festivalının bu dərəcədə yüksək səviyyəli bir tədbir olduğunu bilmirdim

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan məşhur italiyalı vokalçı Marko Kinqari AzərTAc-a müsahibəsində bu tədbirin çox yüksək səviyyədə təşkil edildiyini bildirmişdir.
İtaliyalı musiqiçi demişdir: "Bu festivalda ilk dəfədir iştirak edirəm. Açığını deyim ki, Qəbələ festivalının bu dərəcədə yüksək səviyyəli bir tədbir olduğunu bilmirdim. Burada 14 gün ərzində dünyanın məşhur musiqiçiləri bir araya gəlir. Tanınmış musiqiçilərlə, xüsusən də London Royal Filarmonik Orkestri ilə bir səhnədə çıxış etmək böyük şərəfdir. Bu baxımdan bir az həyəcanlı idim. Artıq konsertim başa çatsa da, bu möhtəşəm musiqi bayramının xoş təəssüratlarını yaşayıram. Bu gözəl musiqi bayramında iştirakımdan məmnunam. Festivala bu qədər insanın qatılması böyük uğurdur.
Qəbələ Bakıdan uzaqda yerləşsə də, konsertlərə paytaxtdan və bölgələrdən xeyli sayda musiqisevər qatılır. Bu da şübhəsiz, festivalın yüksək səviyyədə təşkilinin və keyfiyyətinin göstəricisidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında