Hillman Terome Frazier: Festival çox gözəl təşkil olunmuşdur

Bu, mənim Qəbələyə ilk gəlişimdir. Yaxşı ki, burada belə bir festival keçirilir və mənim kimi nə qədər insan bu gözəllikləri görür. Mənim fikrimcə, yay günlərində burada, belə bir festivalda olmaq ən gözəl istirahət seçimlərindən biridir.
Bu sözləri Azərbaycanda səfərdə olan ABŞ-ın Missisipi ştatının Senatının üzvü Hillman Terome Frazier Qəbələ IV Beynəlxalq Musiqi Festivalında London Royal Filarmonik Orkestrinin konsertlərini izləyərkən jurnalistlərə müsahibəsində demişdir. Özü ilə yanaşı, xanım senatorlar Salli Doti və Maria Çensenanın da festivalın konsertlərindən xüsusi zövq aldığını deyən senator Hillman Terome Frazier konsertdə iştirak etmələrindən peşman olmadıqlarını bildirmişdir.
"Həm Qəbələ, həm də bu bölgəyə ahəngdar şəkildə təşkil olunan festival bizə çox xoş oldu. Çünki klassik musiqinin incəlikləri buradakı təbii gözəlliklərlə bir-birini tamamlayır. Festival çox gözəl təşkil olunmuşdur. İlk dəfə gəldiyim Qəbələyə heyran qaldım. Bildiyimə görə, festival ənənəvi olaraq hər yay keçirilir. Deməli, növbəti illərdə də gəlib bu dağlara, bu əsrarəngiz təbiətə və gözəl musiqi axşamına qonaq olmaq mümkündür".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında