Zeynəb Xanlarovanın mahnısı Suriya müxalifətinin marşına çevrildi

Suriyanın Hələb şəhərinin böyük hissəsini tutan müxalifət qüvvələri şəhər meydanında mitinq keçiriblər. Bu mitinqin bizim üçün ən maraqlı cəhəti isə bir zamanlar Zeynəb Xanlarovanın oxuduğu "Qal sənə qurban" mahnısının ərəb dilində səsləndirilməsi olub. Suriya müxalifətinin Hələb şəhərindəki qələbəsini qeyd edən minlərlə adam ritmik mahnının sədaları altında rəqs edib.
Qeyd edək ki, "Qal sənə qurban" mahnısının sözləri Mikayıl Müşfiqə, musiqisi isə Ələkbər Tağıyevə məxsudur. SSRİ zamanında bu mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında Türkiyə və İranda çox məşhur olub. Sən demə, ərəb ölkələrində də bu melodiya dil-ağızlarda dolaşırmış.
Xarici KİV-lərdə bildirilir ki, daxili qarşıdurmalar və ixtilaflar yaşayan Suriyada Hələb vilayətinə bağlı Karablus bölgəsi də müxalifətin əlinə keçib. Türkiyə KİV-lərinin verdiyi məlumata görə, Qarqamış sərhəd qapısındakı Suriyaya aid bayraq dirəyində Azad Suriya Ordusunun ağ, yaşıl, qara rənglərdən və üç ulduzdan ibarət bayrağı asılıb. Qarqamış sərhədinin qarşı tərəfində yerləşən Suriya gömrüyündə əsgər olmadığı bildirilib. Həmin ərazidə Suriyanın prezidenti Bəşər Əsədin nəhəng fotoşəkli olan panno da üsyançılar tərəfindən sökülüb.

{nl}

Emin İSAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında