Oxuculara təqdim etdiyimiz bu materialda ermənilərin özləri barədə söylədikləri fikirlər və dünya ictimaiyyətinə qaranlıq qalan bəzi məqamlar öz əksini tapmışdır.
Hazırkı Ermənistan dövlətinin mövcudluğu üçün bizə borclu olan ermənilər tarix boyu süfrəmizin başında əyləşmiş, çörəyimizi yeyib, suyumuzu içib, amma məkrli, çirkin niyyətlərini mərhələli şəkildə həyata keçirmiş, qədim Azərbaycan torpağında nəinki öz dövlətlərini qurmuş, hətta, ölkəmizin ərazisinin 20 faizini işğal etmişlər. Əsrlər boyu bu millətdən namərdlik və xəyanət görən xalqımızın yüz minlərlə övladı Qarabağ uğrunda döyüşlərdə, yaxud erməni terrorundan həyatlarını itirmiş və günahsız yerə qanına qəltan edilmişdir. Çox təəssüf ki, dünya xalqları "qoyun dərisi geyinmiş canavar xislətli" ermənilərin saxta göz yaşlarına hələ də aldanırlar. Halbuki erməniləri tanımaq üçün onların özlərinin etiraflarını dinləmək yetər:
1828-ci ildə məşhur Türkmənçay müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı... Təkcə son onillikdə (1960-1970-ci illərdə) vətənə 200000-dən çox erməni köçmüşdür.
Zori Balayan, "Ocaq", səh.120,192
Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər.
A.Lalayan. 1918-20- ci illərdəki qırğınlar haqqında. "Revolyusionnıy Vostok" jurnalı, № 2-3, 1996. Moskva.
Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu, Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi isə İran və Türkiyədən Rusiyanın himayəsi altında Azərbaycan torpaqlarına köçürülən ermənilərdir.
B.İşxanyan. "Qafqaz xalqları". Petroqrad. 1916- cı il, səh. 18
Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdir. Bakıda ermənilər ingilislərin yardımı ilə böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25000 nəfərini qırdılar.
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. "İnsanlar belədir. 1918-22- ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində". ABŞ, İndianapolius, "Bobbs Meril kompani" nəşriyyatı.
Erməni yazıçısı V. Papazyan 20-ci əsrin əvvəllərində ermənilərin inkişafı barədə məlumat verərək yazırdı ki, "erməni xalqı tamamilə cahil, avam, vəhşi və şüursuz idi. Adamlar daha çox basqın və talançılıqla məşğul olurdular...onlar şimal vəhşiləri kimi təkcə ovla yaşayırdılar".
Stepan Şaumyan. İzbrannıe proizvedeniya.tom 1,s.390
Ermənilərin ilk vətəni Hayasa olmuş və onun ərazisi Fərat çayının yuxarı axarı boyu hüdudları əhatə etmiş, qərbdən şərqə doğru uzunluğu cəmi 150-170 km-dən çox deyildi.
Q.Kapancyan Xayasa - - Kolıbel armyan. Erevan, 1948,s.64
Antropoloji nöqteyi-nəzərdən ermənilərin əksəriyyəti brahisefal, yəni qısaboyunlu, yastıbaşdır. "Aremenoid tipi" aşağıdakı xarakterik əlamətlərə malikdir: başı yastı və ya dikdir, yastı və kəskin surətdə(dikinə) aşağı düşən arxa tərəfə malikdir, sifəti uzunsovdur və bir az da enlidir, burnu qeyri-adi dərəcədə iridir, çox vaxtı əyilmiş (qartal dimdiyinə bənzər) və sifət xəttindən irəli çıxır, bədən quruluşu qeyri-mütənasibdir, ortaboyludur.
Q.Kapançyan. Xayasa-kolıbel armyan., s.17
Kapançyanın yazdığına görə, qədim ermənilər hər zaman fahişəliyin son həddində olmuşlar. Buna misal olaraq, "Hayasa çarı öz doğma bacısı ilə evlənmişdi".
A.Q.Perixanyan. Xramovıe obyedineniya Maloy Azii i Armenian. M.,1959,s. 129.
Erməni soy adlarının yalnız 26,3 faizi orijinal erməni dilindən yaranmış, qalan adların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü də digər dillərdən götürülmüşdür.
T.M. Avetisyan. Erməni soyadları. (ermənicə), İrəvan, 1987, s. 112-114
Könüllülər hərəkatı Andronik paşa, Hamazasp kimi xmbapetlər başda olmaqla daşnak dəstələrinin türk qadınları və uşaqlarını, qocaları və əlsiz-ayaqsız xəstələri qılıncdan keçirməkdə göstərdikləri "şücaət"lə fərqlənirdilər. On minlərlə türkün qanına qəltan edilməsi daşnak könüllüləri hərəkatının başlıca nəticəsi idi.
A.A.Lalayan. İstoriceskie zapiski
Arşavir Melikyan daşnakların qonşu xalqlara münasibəti haqqında yazırdı: "Daşnak hökuməti qonşularla dinc yanaşı yaşamaq əvəzinə, yumruğunu düyünləyib aləmə meydan oxumağa başladı, millətçilik azarından əl çəkmək istəmədi".
"Karmir astğ" (Qızıl ulduz) qazeti, 1920, № 74.
Daşnak qoşunlarının baş komandanı Nakaçakyan yazırdı ki, "təkcə strateji nöqteyi-nəzərdən Qarabağın ələ keçirilməsi böyük uduşdur: bu, şimal tərəfdən Zəngəzurun təhlükəsizliyinə verilən təminatdır və Ordubad ərazisini də zəbt etməklə Zəngəzurun Naxçıvan tərəfdən əmin-amanlığı yaranacaqdır. Beləliklə, Şərur, Naxçıvan Azərbaycandan aralı salınacaq və həmin ərazinin yenidən ilhaqı üçün şərait yaranacaqdır."
Richard G. Hovanissian. Vol.3,p.141
Avropa alimlərindən Körte erməni etnosunu tədqiq edərək belə nəticəyə gəlmişdir. "Türkiyədə sizi aldadan birinə rast gəlmişsinizsə bilin ki, bu, şübhəsiz, ermənidir. Məmləkətin xüsusiyyətlərinə yaxşı bələd olan eskişeherli böyük bir xristian səyyah mənə təcrübələrinin ona bunu öyrətdiyini söylədi: " Bir türk ilə iş görəcəyin halda müqavilə bağlamağa lüzum görmürəm, onun sözü yetər. Amma bir yunan və ya başqa bir xristianla iş görərəmsə, yazılı bir müqavilə bağlaram. Bu şərtdir. Ermənilərə gəlincə, onlarla yazılı da olsa heç bir müqavilə bağlamıram. Çünki heç bir müqavilə onların yalan və hiylələrinə qarşı bir təminat verməz".
Korte. Les Armenian in Anatholie.p.52
Onlar oğru və yalançıdırlar, tamamilə şərəfsiz, özlərinə kömək etməyi bacarmayan, başqasına kömək etməyi istəməyən və minnətdarlıq hissi olmayan adamlardır. Onlarda vətənpərvərlik hissi yoxdur. Ölkədə nə inzibatçılıq var, nə də siyasi bacarıq, artırmaq üçün nə pul var, nə də təbii ehtiyatlar. Özlərini təmin etmiş ermənilər isə... nə milli evləri üçün xərc çəkəcəklər, nə də vətənə qayıdacaqlar...
Richard G. Hovanissian. vol.3, p 248-249
{nl}
Hazırladı: Anar Turan
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.