Ermənistanda kriminal qruplaşmalar mülki şirkətləri də ələ keçirirlər

Ölkə iqtisadiyyatını satıb talamış Arutyun Pambukyan indi də "ArmAvia" hava şirkətini alır
İşğalçı ölkənin kütləvi informasiya vasitələri Ermənistan iqtisadiyyatına qənim kəsilmiş bir qrup talançının at oynatmasından böyük narahatlıq hissi ilə söz açırlar.
Bu ölkədə çap olunan "Jamanak" qəzeti Rusiya mətbuatına istinadən həyəcan təbili çalır ki, Ermənistanın hava yollarının fəaliyyətini təmin edəcək "ArmAvia" şirkəti növbəti dəfə satılır. Daha doğrusu, bu şirkətin İrəvandakı "Zvartnots" aeroportuna, ölkənin hava daşımaları ilə bağlı olan şirkətlərinə, xüsusən, Rusiyanın "Rosavianaviqasiya" şirkətinə o qədər borcu var ki,indi sadəcə öz fəaliyyətini təmin edə bilmir. Ona görə də "ArmAvia" növbəti dəfə əldən-ələ keçməli olur.
Ancaq erməniləri daha çox narahat edən məsələ şirkətin əldən-ələ keçməsi deyil, kimin əlinə keçməsidir. Söhbət nədən və kimdən gedir? "Jamanak" yazır ki, "ArmAvia"nı alan Arutyun Pambukyan Ermənistanın müstəqillik dövründə çox iyrənc əməllərlə yadda qalmış simalardandır.
Pambukyanın simalarını yada salmazdan öncə məqalənin müəllifi Yegizar Aynttabtsiyə xatırlatmaq yerin düşərdi ki, "Ermənistanın müstəqillik dövrü" ifadəsi heç yerinə düşmür. Çünki bu müəllifin özünün yazısından da aydın görünür ki, Ermənistan hələ müstəqil deyil. Qərəz, Arutyun Pambukyan Ermənistanda az-az görünən, fəqət, 90-cı illərdən bəri bütün çirkli əməllərdə adı hallanan işbazlardandır. Məsələn, Robert Koçaryanın dövründə "Ermənistan Paylaşdırıcı Elektrik Şəbəkəsi"nin satışa çıxarılması zamanı Qərbin bütün şirkətlərini min bir hiylə ilə tenderdən uzaqlaşdırmış və "EPEŞ"-i alıb ruslara satmışdı. Sonra uzun müddət yox olan bu fırıldaqçı Serj Sarkisyanın dövründə yenə də Ermənistana qayıtmış, 2008-ci ildə keçirilən prezident seçkilərində bilavasitə seçki məntəqəsində müxalifətçi namizədin üstünə tapança çəkmiş, amma onun başına güllə ilə deyil, tapança ilə vurmuşdu.
İndi bu adam ölkə üçün xüsusi önəm kəsb edən böyük bir şirkəti satın alır.Daha doğrusu, "ArmAvia"nı bir dəfə alıb indi başından etməyə çalışan Mixail Baqdasarovun düşdüyü çıxılmaz vəziyyətdən istifadə edir. Qəzet yazır ki,1991-ci ildən sonra Ermənistanda xalqın başına gətirilənlərin fonunda həddən artıq kiçik görünən bu məsələnin xüsusilə narahatlıq doğurması təsadüfi deyil. Əvvəla ona görə ki, Ermənistan iqtisadiyyatının görünməmiş bir böhran içərisində çabaladığı indiki günlərdə bu ölkənin iqtisadçıları "ArmAvia" şirkətinə çıxış yollarından biri kimi baxırdılar. Amma "pambıqla baş kəsməyin" ustası olan Pambukyan həmin çıxış yolunu da tutmaq üzrədir. İkincisi, verilən məlumata görə Pambukyan "ArmAvia"nı dirçəltmək üçün xaricdən külli miqdarda kredit almağı planlaşdırır. Bu isə postsovet ölkələri arasında kredit borcu ilə ən çox yüklənmiş ölkə olan Ermənistanı daha ağır vəziyyətə salacaq.
Yeri gəlmişkən, "Lragir" qəzetinin müxbiri Naira Ayrumyanın Ermənistanın kredit borcları haqqında çaldığı həyəcan təbili istənilən erməninin canına üşütmə salacaq dərəcədə vahiməlidir.Ən pisi odur ki, Ermənistana gələn istənilən xarici kredit ya itir-batır, ya da tamamilə başqa istiqamətə yönəldilir. Məhz o səbəbdən də Pambukyanın yenidən ortaya çıxması Ermənistanda böyük həyəcan və narahatlıqla qarşılanır. Bir sözlə, bugünkü Ermənistan soyğunçuların, talançıların və quldurların əlində əsir-yesir olub. Ona görə də bir qədər ayıq başla düşünə bilən ermənilər çıxış yolunu Türkiyə və Azərbaycanla münasibətlərin bərpasında, heç bir perspektivi olmayan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində görürlər.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında